​Azərbaycanda icbari tibbi sığortadan istifadəyə dair vətəndaş

Sosial Tədqiqatlar Mərkəzi Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətini icra etməklə yanaşı, ölkədə baş verən ictimai-siyasi, iqtisadi, mənəvi və digər sahələrdə baş verən prosesləri, yeni tendensiyaları öyrənməyə davam edir, mühüm sahələrdə yaşanan yeni dəyişmələr haqqında sorğular keçirir, ictimai rəyi ölçür və ictimaiyyətə, müvafiq hökumət qurumlarına açıq və qapalı arayışlar təqdim edir.

Metbuat.az xəbər verir ki, STM növbəti dəfə Azərbaycanda icbari tibbi sığortadan istifadəyə dair vətəndaş rəyini öyrənib.

Sosial Tədqiqatlar Mərkəzi 23-25 may 2022-ci il tarixlərində Bakı, Abşeron, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran, Quba-Xaçmaz, Yuxarı Qarabağ, Aran və Gəncə-Qazax iqtisadi rayonlarını əhatə etməklə əhali arasında icbari tibbi sığortadan istifadəyə dair telefon sorğusu keçirib.

Sorğu çərçivəsində 386 respondentin rəyi öyrənilib. 386 respondent seçmənin reprezentativliyini təmin edir. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

Sorğu çərçivəsində respondentlərin “İcbari tibbi sığortadan istifadə etmisinizmi?” sualına münasibətinin təhlili aşağıdakı nəticələrə gəlməyimizə əsas verir. Müvafiq suala respondentlərin cavablarının təhlilinə əsasən rəyi öyrənilənlərin 23,3%-i icbari tibbi sığortadan istifadə etdiyini qeyd edib.

Ümumi olaraq respondentlərin əksəriyyəti (70%) icbari tibbi sığortadan istifadə etmədiyini bildirib.

18-25 yaş arasında olan respondentlər (61,3%) 65 yaşdan yuxarı respondentlərlə müqayisədə (79,5%) icbari tibbi sığortadan istifadə etməyib.

Bununla yanaşı, analoji mövqe üzrə göstəricilər şəhər əhalisində nisbətən daha çox müşahidə edilib (müvafiq olaraq şəhər əhalisi 74,1%, kənd əhalisi 63,7%).

Respondentlərin 6,7%-nin isə ümumilikdə bu barədə məlumatı yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR