Biləsuvarda bədbəxt hadisə -

Biləsuvarda kanalizasiya quyusuna düşən vəzifəli şəxs ölüb.

Metbuat.az-ın məlumatına görə, hadisə bu gün şəhərin mərkəzi küçələrindən birində baş verib.

Belə ki, bir nəfər Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşı kanalizasiya quyusundakı problemi aradan qaldırmaq üçün quyuya düşüb. Daha sonra o quyuda boğulma təhlükəsi ilə üzləşib. Bu zaman orada olan “JEK”in müdir müavini Allahyar Əsgərov işçisini xilas etmək üçün quyuya enib. Lakin A.Əsgərov əməkdaşı xilas etmək istəyərkən özü quyuda yaranmış qazdan boğularaq ölüb.

Qeyd edək ki, A.Əsgərovun 60 yaşında və ürək problemi olduğu bildirilir.

Digər şəxsin həyatı isə xilas edilib. Hazırda onun vəziyyətinin kafi olduğu qeyd edilib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR