Bakıda IV kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin IV kurs tələbəsi Vəliyeva Mərziyyə Nazim qızı uzun sürən ağır xəstəlikdən vəfat edib.

BSU-dan Metbuat.az-a verilən məlumata görə, Mərziyyə Vəliyeva universitetdə oxuduğu müddət ərzində özünü intizamlı, hazırlıqlı, ünsiyyətcil, məsuliyyətli və bacarıqlı tələbə kimi göstərə bilib, yoldaşlarının hörmət və rəğbətini qazanıb.

BSU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbələri bu acı xəbərdən məyus olduğunu bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR