Azərbaycanlı hakimlər briqadası İtaliyanın oyununa təyinat alıb

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev beynəlxlq oyuna təyinat alıb.

Metbuat.az AFFA-ya istinadən xəbər verir ki, Məsiyev 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatında seçmə mərhələnin Lüksemburq – İtaliya qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim Kamal Umudlu olacaq.

Qeyd edək ki, oyun iyunun 6-da keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR