"Ac afrikalılar Ukraynadakı müharibənin günahsız qurbanlarıdır"

"Afrika ölkələri Ukraynadakı müharibənin günahsız qurbanlarıdır və Rusiya onların əzablarını yüngülləşdirməyə kömək etməlidir".

Metbuat.az xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri Afrika İttifaqının rəhbəri Rusiyada keçirilən görüşdə Vladimir Putinə deyib.

Soçidəki danışıqlardan sonra Maki Sall deyib ki, Rusiya lideri taxıl və gübrə ixracını asanlaşdıracağını vəd edib.

Putin isə Moskvanın Ukrayna limanlarına taxıl ixrac etməsinə mane olduğunu inkar edib.

Qeyd edək ki, Afrikada istehlak edilən buğdanın 40%-dən çoxu adətən Rusiya və Ukraynadan gəlir. Lakin münaqişə başlayandan bəri Ukraynanın Qara dənizdəki limanları ixrac üçün fəaliyyətini böyük ölçüdə dayandırıb.

BMT-nin böhran koordinatoru Amin Avad Cenevrədə "bu limanların açılmaması aclıqla nəticələnəcək" deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR