Türkiyə Azərbaycana səfər edən turistlərin sayına görə birinci yerdədir

“Türkiyə Azərbaycana səfər edən turistlərin sayına görə birinci yerdədir”.

Metbuat.az xəbər verir ki, bunu bazar ertəsi “Anadolu” agentliyinə Azərbaycanın Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Bəhruz Əsgərov bildirib.

Onun sözlərinə görə, bu ilin yanvar-may aylarında Türkiyədən Azərbaycan səfər edən turistlərin sayı 116 243 nəfər olub.

B.Əsgərov əlavə edib ki, bu, Rusiyadan gələn turislərin sayından daha çoxdur: “Eyni dövrdə Azərbaycana ümumilikdə 115 468 rusiyalı turist səfər edib”.

Türkiyə ilə Azərbaycan arasında gediş-gəlişin çox asan olduğunu, vizaya, hətta xarici pasporta belə ehtiyac olmadığını qeyd edən B.Əsgərov türkiyəli turistlərin Azərbaycana yalnız şəxsiyyət vəsiqəsi ilə gələ biləcəyini vurğulayıb: “Türkiyəlilər Azərbaycana əsasən iş turizmi çərçivəsində səfər edirlər”.

Xatırladaq ki, Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etdikdən sonra hər iki ölkədə vizasız qalma müddəti 30 gündən 90 günə qaldırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR