Bakı yollarındakı son VƏZİYYƏT -

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən Metbuat.az-a bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Bakı Sumqayıt şossesi - Masazır dairəsindən başlayaraq 20 Yanvar dairəsinə qədər sıxlıq

2. Ziya Bünyadov prospekti - Olimpia stadionu yanından başlayaraq Atatürk prospektilə kəsişməyə qədər 20 yanvar dairəsi istiqamətində sıxlıq

3. Yusif Səfərov küçəsi Mehdi Mehdizadə küçəsi kəsişməsi daxil olmaqla daxil olmaqla ,Koroğlu metro stansiyası istiqamətində və Sevgi parkı qarşısından başlayaraq 28 may küçəsi kəsişməsinə kimi sıxlıq

4. 28 may küçəsi - Rixard Zorge küçəsi kəsişməsi daxil olmaqla Rəşid Behbudov küçəsi kəsişməsinə kimi sıxlıq

5. Heydər Əliyev prospekti - Koroğlu metro stansiyasının qarşısı daxil olmaqla kənar yol Asan xidmətin qarşısına kimi sıxlıq

6. Xətai prospekti - Neymət Quliyev küçəsi kəsişməsi daxil olmaqla Heydər Əliyev prospekti kəsişməsinə kimi, Koroğlu metro stansiyası istiqaməti sıxlıq

7. Abdulvahab Salamzadə küçəsi - Qələbə dairəsindən başlayaraq Ziya Bünyadov prospekti kəsişməsinə kimi sıxlıq

8. Tbilisi prospekti - 20 yanvar dairəsi, körpü üzərindən başlayaraq Abdulvahab Salamzadə küçəsi kəsişməsinə kimi sıxlıq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR