"Hər an baş verə bilər" -

ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Sunq Kim Pxenyanın hər an nüvə testi həyata keçirə biləcəyini bildirib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Pxenyan 5 ildir nüvə testi həyata keçirmir və bunun üçün bir neçə müddətdir hazırlıq işləri aparır. O bildirib ki, Şimali Koreya bu il çox sayda ballistik raket sınaqdan keçirib.

Qeyd edək ki, ABŞ nüvə testi həyata keçirəcəyi təqdirdə Şimali Koreyaya güclü cavab veriləcəyini açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR