​“Real Madrid” transfer bombasını "partladır": Mbappenin qisası alındı -

“Real Madrid” klubu “Monako”nun futbolçusu Orelen Çuameni transferini açıqlamağa hazırlaşır.

Metbuat.az “The Athletic” nəşrinə istinadən xəbər verir ki, “Real Madrid” “Monako” ilə 105 milyon avro qarşılığında razılığa gəlib.

Qeyd edək ki, tərəflər əvvəlcə 100 milyon avro qarşılığında razılığa gəlmişdi. Lakin PSJ-nin daha çox pul təklif etməsi transfer məbləğini yüksəltdi. İspaniya mətbuatı yazır ki, bu transferdən sonra “Real Madrid” Kriştiano Ronaldonu transfer etməkdən imtina edib. Səbəb Ronaldo üçün açılan ayırlan büdcənin Orelen Çuameni üçün xərclənməsidir. Paytaxt təmsilçisinin azərkeşləri Ronaldonun təkrar klubda oynamasını istəyirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR