İNANILMAZ: Rusiya ordusunun Kiyevə hücumunun qarşısını bu ukraynalı yeniyetmə alıb -

Rusiya ordusunun Kiyevə hücumu zamanı Ukrayna ordusunun köməyinə 15 yaşlı yeniyetmənin çatdığı üzə çıxıb.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, ukraynalı yeniyetmə Andrey Pokrasa Kiyevə yaxınlaşan Rusiya hərbi karvanının yerini pilotsuz uçuş aparatı ilə müəyyən edərək, məlumatı Ukrayna ordusuna ötürüb. Nəticədə Ukrayna ordusu Rusiyanın hərbi karvanını atəşə tutaraq dayandırıb. Kiyevdən 60 kilometr məsafədə rus hərbçiləri məhv edilib.

Ukrayna ordusunun komandanı Yuri Kasjanovun sözlərinə görə, müharibənin ilk günlərində 15 yaşlı yeniyetmənin köməyi mühüm hadisə olub. Onun sözlərinə görə, Rusiya ordusunun Kiyevə hücumu zamanı bölgədə PUA-dan istifadə edəcək hərbçi olmayıb. 15 yaşlı Pokrasa pilotsuz uçuş aparatları barədə təcürbəsi olan bölgədəki yeganə şəxs idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR