Tovuzda 33 yaşlı qadın itkin düşüb - FOTO

Tovuzda itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Tovuz rayon Əlibəyli kənd sakini, 1989-cı il təvəllüdlü Günel Mürşüdova may ayının 18-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Həmin şəxsin əlamətləri belədir: Boyu 160 sm, orta bədən quruluşludur və ruhi xəstədir. Evdən çıxarkən onun əynində qırmızı rəngli köynək, qara rəngli şalvar və qırmızı rəngli yay ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR