Ağcabədidə qanunsuz küçə ticarəti ilə məşğul olan 23 nəfər aşkarlanıb -

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı qanunsuz küçə ticarəti ilə məşğul olan və məişət tullantılarını kənar yerlərə atan şəxslər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz küçə ticarəti ilə məşğul olan 23 nəfər, məişət tullantılarını urnalardan kənara atan 10 nəfər müəyyən edilib.

Həmçinin tədbirlər zamanı qanunla qadağan edilən yerlərdə tütün məmulatlarından istifadə edən 6 nəfər aşkarlanıb.

Qeyd edilən qayda pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada protokollar tərtib olunub.

"Bu istiqamətdə tədbirlər davam etdiriləcək", - məlumatda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR