Strateji ərazi uğrunda döyüş:

Ukrayna hərbçiləri Severodonetsk şəhərinin mərkəzində nəzarəti əldən verib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna mənbələri məlumat yayıb. Bildirilir ki, ruslar artilleriyanın dəstəyi ilə hücuma keçərək qismən uğur qazanıb. Məlumata görə, Rusiya ordusunun əsas məqsədi Severodonetsk və Lisiçansk şəhərlərini ələ keçirməkdir. Rusiya bu əraziləri ələ keçirərək, Ukrayna ordusunun bəzi birliklərini mühasirəyə almaq istəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR