Peyğəmbərə görə küçələrə çıxdılar:

Hindistanda Xalq partiyasının sözçüsü Nupur Şarma və BJP yeni Dehli Partiyasının nümayəndəsi Naveen Kumarın Məhəmməd Peyğəmbər barəsindəki sözlərinə etiraz olaraq başlayan aksiyalar davam edir.

Metbuat.az xəbər verir ki, toqquşmalar nəticəsində 2 nəfər həlak olub. Çox sayda yaralı var. Yüzlərlə nümayişçi nəzarətə götürülüb. Nümayişlər ölkənin bir neçə şəhərində keçirilir. Polisin məlumatına görə, ilk böyük nümayişdən sonra etirazçıların əksəriyyəti dağılışsa da, yüzlərlə insan etirazlara davam edir. Ranşı şəhərində komendant saatı elan edilib. Uttar Pradeşdə internetin verilməsi dayandırılıb.

Qeyd edək ki, partiya nümayəndələri Məhəmməd Peyğəmbəri təhqir etmişdi. Xalq partiyası dini açıqlamalarına görə, Nupur Şarmanı işindən uzaqlaşdırıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR