"Real Madrid" 100 milyonluq transferi açıqladı:

“Monako”nun futbolçusu Orelen Çuameni transferini rəsmən açıqlayan “Real Madrid” klubu hədəfini Neymara yönəldib.

Metbuat.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Yerli mediaya kluba yaxın mənbələrə istinadən xəbər verir ki, “Real Madrid” oyunçunun yaxınları ilə əlaqə quraraq Neymarın fikrini öyrənməyə çalışıb. Məlumata görə, PSJ klubu Neymar üçün gələcək yüksək miqdarda olan təklifə müsbət yanaşacaq. Vaxtilə “Barselona”nı “Real Madrid”dən üstün tutan Neymarın Madrid təmsilçisi barədə indiki fikri məlum deyil. Bundan əvvəl ispanlar Kilian Mbappeni transfer etməyə yaxın olsa da, hücumçu klubu ilə müqaviləsini yeniləmişdi.

Qeyd edək ki, “Real Madrid” Orelen Çuameni transferi üçün 80 milyon ödəyib. Bu məbləğ bonuslar formasında 100 milyona çata bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR