Heç bir nəticə yoxdur: "Türkiyəni razı sala bilməmişik"

“Türkiyə ilə davam edən danışıqlarda irəliləyiş yoxdur”.

Metbuat.az xəbər verir ki, Finlandiya Prezidenti Sauli Ninistö belə açıqlama verib. O bildirib ki, NATO-ya üzv olmaqla bağlı müzakirələr dalan dirənib və nəticə yoxdur. “Bunu pis xəbər kimi də qəbul etməməliyik” deyən Prezident, müzakirələrin davam etdiyinə diqqət çəkib. Prezident bildirib ki, Finlandiya, İsveç və Türkiyənin iştirakı ilə üçlü toplantı təşkil edilib. Finlandiya növbəti toplantı üçün istəkli olsa da, toplantının keçirilməsi alınmayıb.

Finlandiya rəhbəri tərəflərin hər gün təmasda olduğunu ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR