Dünyaya xəbərdarlıq edildi:

Şimali Koreya nüvə testini həyata keçirmək üçün hazırlıqları yekunlaşdırıb.

Metbuat.az xəbər verir ki, bu barədə Cənubi Koreya hökumətindəki mənbə yerli mediaya açıqlama verib. Bildirilib ki, dünya Şimali Koreyanın testinə hazırlıqlı olmalıdır.

Qeyd edək ki, ABŞ Şimali Koreyanı nüvə testi barədə xəbərdar edib. ABŞ hökuməti bəyan edib ki, Pxenyan nüvə testi təşkil etsə, güclü və sürətli cavaba məruz qalacaq. Şimali Koreya bu il ərzində çox sayda ballistik raketi sınaqdan keçirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR