Mbappe uşaqlıq xəyalı olan "Real Madrid"ə buna görə keçə bilməyib:

“PSJ-nin futbolçusu Klian Mbappeni “Real Madrid” klubuna transfer olmaq firkindən Fransa Prezidenti Emmanuel Makron daşındırıb”.

Metbuat.az xəbər verir ki, “Real Madrid” futbol klubunun prezidenti Florentino Peres belə açıqlama verib. O bildirib:

“Kilian Mbappe məsələsi çox sadədir. “Real Madrid”də oynamaq istəyirdi. Ötən avqust ayında ona icazə vermədilər. PSJ təklifimizi qəbul etmədi. Bu transfer dönəmində isə siyasi və iqtisadi təzyiqlərə məruz qaldı. Makron ona zəng etdi”.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Kilian Mbappeyə zəng etdiyini etiraf etmişdi. Makron bildirmişdi ki,Mbappe gələcək kariyerası ilə bağlı qərar vermədən onunla danışıb. Makron ona Fransada qalmağı tövsiyyə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR