Türkiyə bölgəyə girir: Ankaranın həmləsi

Yunanıstanın dəstəklədiyi Kipr respublikasının lideri Nikos Anastasiadis gizlicə Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Metbuat.az Yunanıstan mediasına istinadən xəbər verir ki, iclasda Nikos Anastasiadis Türkiyənin 6-cı sahədə tədbirlər həyata keçirəcəyini ifadə edib. İddialara görə, Türkiyənin Əbdülhəmid gəmisi bölgədə karbohidrogen axtarışlarına qoşulacaq. Məlumata görə, axtarış işləri üçün gəmi hazırdır. Yunanıstanın və Kipr respublikasının iddia etdiyi 6-cı bölgənin bir hissəsi əslində Türkiyənin qitə sahəsində yerləşir. Həmçinin Kipr respublikası qanunsuz olaraq 6 nömrəli bölgədə təbii qaz axtarışlarına başlayıb. Şimali Kipr respublikası isə etiraz edib.

Qeyd edək ki, Əbdülhəmid qazma gəmisi texniki xüsusiyyətlərinə görə Türkiyənin “Mavi vətən”dəki ən güclü gəmisidir. Analitiklər hesab edir ki, Türkiyənin 6 nömrəli bölgəyə girmək həmləsi Afinanın təxribatlarına cavabdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR