Lukaku İtaliya klubuna keçdi

Romelu Lukaku “Çelsi”dən “İnter”ə qayıdıb.

Metbuat.az xəbər verir ki, "İnter" klubu 29 yaşlı belçikalı hücumçunu 2022/23 mövsümü üçün icarəyə götürüb.

İngilis klubunun Romelunu icarəyə verdiyi üçün 8 milyon avro alacağı, “İnter”dən isə satın almanın mümkün olmayacağı bildirilib.

Lukaku İtaliya klubuna qoşulmaq üçün maaşının 30% azaldılmasına (10 milyondan 7 milyonadək) razı olub.

Qeyd edək ki, Lukaku 2019-2021-ci illərdə “İnter”də çıxış edib. O, ötən yay 115 milyon avroya “Çelsi”yə satılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR