İngiltərənin "Liverpul" klubu futbolçusu Məhəmməd Salahın müqaviləsinin müddətini uzadıb.

Metbuat.az Mersisayd təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı hücumçunun yeni sözləşməsi 2025-ci ilədək nəzərdə tutulub.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən "Liverpul"da çıxış edir.