Roza Zərgərli oğluna ev verilməsindən DANIŞDI:

Xəbər verdiyimiz kimi, müğənni Roza Zərgərlinin övladlığa götürdüyü Corc Qafarova mənzil verilməsi xəbəri cəmiyyətdə narazılığa səbəb olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən isə bildirilib ki, həmin şəxsin övladlığa götürülməsi ilə bağlı heç bir sənədləşmə aparılmayıb. Aidiyyatı dövlət qurumundan da göndərilən məlumata (yəni, müəssisədə olduğu müddətdə qohumları ilə heç bir əlaqəsi olmadığı barədə arayışa) əsasən də, Corc Qafarovun müraciəti müsbət cavablandırılıb, mənzillə təmin edilib.

Metbuat.az xəbər verir ki, bu məsələyə müğənni özü də münasibət bildirib. O özünün sosial şəbəkə hesabında yayımladığı videoda bunları qeyd edib:

"Dünən axşamdan bəri hamı təbrik edir, təbrikin içində hərə bir söz yazır. Gəlin, insanın etdiyi yaxşılığı ona peşam etdirməyin. Mən uşaqları övladlığa götürmüşəm, böyütmüşəm, təhsilini, tərbiyəsini, əsgərliyini - hər bir şeyi öz yerində bir ana borcu kimi etmişəm. Amma məndən öncə, bu uşaqlardan imtina ediləndə onlar dövlətin himayəsində olub. Onlar Azərbaycan vətəndaşları olduqları üçün dövlətin övladları olublar, mən sonradan götürmüşəm. Dövlət həmişə azərbaycanlıların necə arxasında olubsa, öz övladlarının da arxasında durub, evlə təmin edib. Burada nə var ki? Sevinin ki, valideynsiz bir uşağın da evi var. Bəli, mən valideyn kimi səslənə bilərəm, tərbiyəsini, təhsilini yerində verə bilərəm. Cəmiyyətə xuliqan, bandit yetişdirməmişəm ki? Normal 3 uşaq yetişdirmişəm. İndi onlar 2 qardaşdılar və siz onları müzakirə edirsiniz. Əlimdən gələni etmişəm ki, cəmiyyətə normal övlad yetişdirim. Siz əgər evdə balaca bir siçanı əhlilləşdirə bilmirisnizsə, o, sizin probleminizdir. Göz qabağındadır ki, mənim övladlarım necə övladdırlar. Kiminsə xoş anına sevinin, deyin ki, "evində toy olsun, bala". Mən sosiallaşmağın tərəfdarı deyildim, övladlarıma da demişdim. Kiçik oğluma da keçən il ev verilmişdi. Amma gəncdi də, dövlətə təşəkkür edib. Bunu niyə bu qədər abardırsınız", - deyə müəğənni bildirib.

Həmçinin oxuya bilərsiniz: Roza Zərgərlinin oğluna ev verilməsi ilə bağlı Nazirlikdən AÇIQLAMA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR