Roza Zərgərlinin oğluna

Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü aktyor oğlu Corc Qafarova mənzil verib.

Metbuat.az Axşam.az-a istinadən yazır ki, bu haqda Corc sosial şəbəkədə paylaşım edib. O, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin təqdim etdiyi sənədin fotosunu yayımlayıb.

“Cənab Prezident İlham Əliyevin verdiyi sərəncamla mənzillə təmin olundum. Buna görə dövlət başçımıza sonsuz təşəkkürümü bildirirəm”, - deyə, Corc paylaşımına yazıb.

Qeyd edək ki, Corc və qardaşı Jerar 2 saylı uşaq evində böyüyüb. Daha sonra müğənni Roza Zərgərli onları övladlığa götürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR