Nazirlik: "MİQ imtahanında səhvlər düz cavablara da təsir edəcək"

"Müəllimlərin işə qəbulu üzrə test imtahanında səhv cavablandırılmış suallar düz sualların dörddə birinə təsir edəcək".

Metbuat.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib:

"40 sual ixtisasdan, 20 sual isə metodika və təlim strategiyasından veriləcək. İxtisasdan verilən hər cavab 2 bal, metodikadan isə 1 bal veriləcək. Səhv cavablar düz cavabların dörddə birinə təsir edəcək", - deyə o qeyd edib.

Qeyd edək ki, iyulun 14-dən 2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start veriləcək.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR