"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində 2 gün iş olmayacaq

Qurban bayramı ilə əlaqədar 9 və 10 iyul tarixlərində "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

"ASAN xidmət"dən Metbuat.az-a verilən xəbərə görə, 11 iyul tarixindən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

11, 12 və 13 iyul tarixlərində Bakı şəhərində yerləşən "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində iş saat 17:00-da, regional mərkəzlərdə isə 16:00-da bitəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR