Diplomatların iclasının gündəliyi açıqlanıb

Bakıda Azərbaycan diplomatik xidmət orqanlarının rəhbərlərinin iclası keçirilir.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Twitter” platformasında yazıb.

“Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsinin Bakı şəhərində bu gün işinə başlayan sessiyası çərçivəsində Azərbaycanın xarici siyasətinin prioritet məsələləri, habelə regional və qlobal gündəliyin aktual mövzuları müzakirə olunacaq”, - nazir bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR