Latviyanın Baş naziri Arturs Krişyanis Karinş COVID-19-a yoluxub.

Metbuat.az-ın xəbərinə görə, Baş nazir bu barədə öz "Twitter" platformasında yazıb.

“COVID-19 testinin nəticəsi müsbət oldu. Özümü yaxşı hiss edirəm, amma həkim məsləhətinə əməl edərək bu həftə distant işləməyə davam edəcəyəm. Sizi özünüzü və həmvətənlərinizi COVID-19-a yoluxmaqdan qorumaq üçün diqqətli olmağa və epidemioloji təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıram”, - Baş nazir Karinş qeyd edib.