Krım körpüsü partladılacaq, Rusiyaya intensiv raket hücumu olacaq -

Ukraynanın tanınmış ekstrasensi Maks Gordeev Rusiyanın nəzarətində olan Krım körpüsünün partladılacağını proqnoz edib.

Metbuat.az xəbər verir ki, ekstrasens, “UNİAN”a müsahibəsində deyib ki, o körpünün partladığını yuxuda görüb.Ukraynalı iddia edib ki, o verdiyi proqnozları yuxuda görür və onun yuxuları reallaşır. Gordeev Ukrayna müharibəsi başlamazdan əvvəl bununla bağlı yuxu gördüyünü irəli sürüb.

Gordeev əvvəllər ölkəsi ilə bağlı pis yuxular gördüyünü, indi ölkəsi ilə bağlı gördüyü yuxularda isə xoş hadisələr olduğunu ifadə edib. O, həmçinin Rusiya ərazisinə şiddətli raket hücumunun olacağını qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR