Haitidə cinayətkar dəstələr arasında davam edən toqquşmalar nəticəsində ölənlərin sayı yüzə yaxınlaşıb.
Metbuat.az xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində silahlılar mübarizə aparır. Toqquşmalar zamanı cinayətkarlar ağır silahlardan istifadə edir. 127 ev dağılıb. Məlumata görə, polis hadisələrə müdaxilə etmir.
Qeyd edək ki, cinayətkar qruplaşmalar bölgədə nüfuz uğrunda mübarizə aparır.