Fabreqasdan GÖZLƏNİLMƏZ QƏRAR:

Müqaviləsi bitdiyinə görə “Monako”dan ayrılan Sesk Fabreqasın yeni klubu futbol azərkeşlərini təəccübləndirib.

Metbuat.az xəbər verir ki, futbolçu İtaliyanın 2-ci liqasında mübarizə aparan “1907 Como” klubu ilə razılığa gəlib. Məlumata görə, 35 yaşlı ispaniyalı futbolçu yeni klubu ilə iki illik müqavilə bağlayacaq. Qeyd edək ki, “1907 Como” ötən sezon liqanı 13-cü yerdə başa vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR