Rəvan Qarayev: "Talıb Talenin pişiyini azdırdım, məni qatdı qabağına ki..." -

"Talıb Tale ilə 3 il bir yerdə kirayədə qalmışam. O, mənə heç cürə narahatlıq verməyib".

Metbuat.az.az xəbər verir ki, bu sözlər müğənni Rəvan Qarayev qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.

Müğənni bildirib ki, uzun illər əvvəl bir yerdə kirayədə yaşadığı həmkarı Talıb Talenin pişiyini də evdən azdırıb:

"İşimlə əlaqədar qaldığımız evə gec gəlirdim. Talıb evdə pişik saxlayırdı. Gecə vaxtı onun pişiyini azdırmışdım. Talıb bu məsələdən xəbər tutanda məni qatdı qabağına ki, pişiyimi geri qaytar".

Verilişin aparıcısı Zaur Kamalın "Özünə 150 min manata yeni avtomobil almısan?" sualına R.Qarayev "150 min deyil, 100 min manata yeni avtomobil almışam" - deyə qısa cavab verib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR