Ağcabədidə fermanı qəsdən yandıran şəxs tutulub

İyulun 17-də saat 19 radələrində Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisindəki fermaların birində yanğın baş verib, nəticədə fermanın yanar konstruksiyaları və orada olan 12.000 ədəd ot bağlaması yanıb.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla kənd sakini P.Əliyevin atasına məxsus fermanı qəsdən yandırmasına əsaslı şübhələr müəyyən edilib.

Əməliyyat tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən P.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR