Milli Qəhrəman Polad Həşimovun xatirəsi silsilə tədbirlərlə yad edilib -

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib.

Birliyin Mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, tədbirlər proqramına uyğun olaraq “İrəli” İctimai Birliyinin nümayəndələri İkinci fəxri xiyabanda ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət ediblər.

Anım mərasimində qeyd olunub ki, Tovuz döyüşləri dostluq, qardaşlıq, bir-birinə dəstək olmaq, vətənə sədaqət, hərbi anda sadiqlik qələbənin qazanılmasında silahlar qədər önəmli amil oldu. Tovuz hadisələri həmçinin 44 günlük Vətən müharibəsinə gedən yolun başlanğıcı olaraq, ordumuzun qəhrəmanlığı, xalqımızın gücünü bir daha göstərib.

Tədbirlər planı çərçivəsində həmçinin Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib. Turnirdə 100-ə yaxın “İrəli” gənci birincilik uğrunda mübarizə aparıblar.

Gənclərin intellektual bacarıqlarını inkişaf etdirmək, habelə Tovuz hadisələri, Vətən müharibəsi ilə bağlı biliklərini artırmaq məqsədilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu baş tutub. 30 komandadan ümumilikdə 150-ə yaxın gəncin iştirakı ilə baş tutan intellektual oyunda qalib komandalar şəhadətnamə və müxtəlif dəyərli hədiyyələrlə təltif ediliblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR