Kürdəmirdə maşın aşdı, ölən var

İyulun 19-da saat 19 radələrində Kürdəmir rayonunun Ərəbqubalı kəndi ərazisində rayon sakini Ə.Həsənov idarə etdiyi “VAZ-2106” markalı avtomobili aşırıb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Metbuat.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, nəticədə sərnişin Nəsir Nəsirov hadisə yerində ölüb.

Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR