“Fənərbaxça”ya ŞOK: Klubda qalacağına söz verən futbolçu İtaliyaya “qaçdı”

“Fənərbaxça” klubunun oyunçusu Kim Min Je gözlənilmədən “Napoli” ilə razılığa gəlib.

Metbuat.az xəbər verir ki, məşq toplanışı zamanı klubdan ayrılmayacağına söz verən futbolçu, İtaliya təmsilçisi ilə razılığa gəlib. Məlumata görə, “Napoli” Cənubi Koreyalı futbolçunun sərbəst qalma məbləği olan 20 milyon avroyu ödəyib. “Fənərbaxça”nın ötən il transfer etdiyi müdafiəçinin getməsi klubun planlarını pozub.

Qeyd edək ki, müdafiəçini digər klublar da istəyirdi. Lakin “Napoli” futbolçuya imza üçün 1,5 milyon avro verərək, onu razı salıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR