“Formula 1” Fransa Qran-prisinin qalibi müəyyənləşib

“Red Bull” komandasını təmsil edən niderlandlı pilot Maks Verstappen “Formula 1” üzrə dünya çempionatının 12-ci turu olan Fransa Qran-prisinin qalibi olub.

Metbuat.az xəbər verir ki, ikinci yeri “Mercedes”in britaniyalı pilotu Luis Hamilton tutub. Onun həmyerlisi və komanda yoldaşı Corc Rassel üçüncü yerdə qərarlaşıb.

Növbəti mərhələ iyulun 29-dan 31-dək Macarıstanda keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR