"Neftçi" - "Aris" oyunundan sonra insident:

Bakıda "Neftçi" və Kiprin "Aris" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra insident baş verib.

Metbuat.az xəbər verir ki, qonaqların bəzi oyunçuları görüş bitən kimi "ağ-qaralar"ın futbolçularına və texniki zonasında yer alan şəxslərə hücum edib.

Lakin dərhal bütün komanda üzvləri və məşqçi heyəti meydana daxil olaraq aranı sakitləşdirməyi bacarıb.

Qeyd edək ki, Azərbaycan təmsilçsii rəqibini 3:0 hesabı ilə üstələyib. "Neftçi" Kiprdəki ilk görüşdə 0:2 hesabı ilə uduzmuşdu.

“Neftçi” III təsnifat mərhələsində Avstriyanın “Rapid” klubu ilə üz-üzə gələcək. Bu mərhələnin ilk matçları 4 avqustda, cavab oyunları isə 11 avqustda baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR