“Neftçi” klubu Konfrans Liqasının III təsnifat mərhələsinə yüksəlib.

Metbuat.az xəbər verir ki, Bakı komandası Kipr təmsilçisi “Aris”i mübarizədən kənarlaşdırıb.

II təsnifat mərhələsinin səfərdəki ilk qarşılaşmasında gözlənilmədən 0:2 hesabı ilə uduzan “Neftçi” “Baksell Arena”da inamlı qələbə qazanıb. Rəqibinə 3:0 hesabı ilə qalib gələn Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda turnirin növbəti mərhələsinə yüksəlib.

Qeyd edək ki, bakılıların rəqibi “Rapid” – “Lexiya” duelində müəyyənləşəcək. Növbəti raundun görüşləri avqustun 4-ü və 11-də baş tutacaq.