"Elmlər Akademiyası" metrostansiyasının adı dəyişdiriləcək? -

Dünən AMEA ilə bağlı verilən qərarlar cəmiyyətdə çaşqınlıq yaradıb. Hətta sosial şəbəkələrdə "AMEA ləğv olunacaqsa, "Elmlər Akademiyası" metrostansiyasının da adı dəyişdiriləcək?" kimi suallar müzakirə edilib.

Metbuat.az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirdi ki, bununla bağlı hər hansı qərar yoxdur:

"Elmlər Akademiyası ləğv edilməyib. Yəni bu məsələ hazırda aktual deyil. Məsələ aktuallaşanda, artıq bu iş Nazirlər Kabinetinin səlahiyyətində olacaq. Çünki adların verilməsi məhz Nazirlər Kabinetinin qərarı ilə ola bilər",- deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, "Elmlər Akademiyası" metrostansiyası metronun yeddi dərində yerləşən stansiyalarından biridir. 2015-ci il dekabrın 28-də stansiyanın 2-ci çıxışı istifadəyə verilib. Bununla da stansiyanın çıxışlarından biri Bakı Dövlət Universitetinin qarşısına, ikinci çıxış Mətbuat prospektinə, digər iki çıxış isə Bəxtiyar Vahabzadə küçəsinə çıxır. Stansiyaya daxil olan qatarlarda "Tələbə" mahnısından fraqment səslənir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR