"Space"in canlı efirində aparıcının vəziyyəti pisləşdi -

“Space” televiziyasının canlı efirində aparıcının vəziyyəti pisləşib.

Metbuat.az xəbər verir ki, hadisə “Sizin psixoloq” verilişində baş verib.

Belə ki, Aparıcı Aytac Carçıyeva proqramda qonaq olan psixoloqun çıxışını dayandıraraq: “Dayana bilmirəm, efiri dayandırın. Saçı açın, başıma dəhşətli ağrı girib, ürəyim gedəcək. Bir an əvvəl bu saç açılsın”, - sözlərini qeyd edib.

A.Carçıyeva daha sonra bununla bağlı açıqlama yayıb: “Saçım sıx yığılmışdı. Reklam arasında saçım çox incidir dedim, amma əhəmiyyət vermədim. O qədər sıx idi ki, bir anda başıma ağrı girdi. “Reklamlar” deyə bilmədim. Halım birdən çox pis oldu. 18 illik təcrübəmdə ilk dəfədir ki, özümü saxlaya bilmədim”, - sözlərini əlavə edib.

Aparıcının bu sözlərindən sonra veriliş reklamlara keçid edib. Reklamlar bitdikdən sonra isə aparıcı yenidən efirə davam edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR