Rusiya bu ölkəyə qaz nəqlini dayandırıb

Şənbə günü səhər “Qazprom” Latviyaya qaz nəqlini dayandırıb.

Metbuat.az xəbər verir ki, şirkətin açıqlamasında bildirilir ki, iyul ayı müraciəti çərçivəsində Latviyaya tədarük qazın seçilməsi şərtlərinin pozulmasına görə dayandırılıb. Şirkət hansı pozuntulardan söhbət getdiyini açıqlamır.

Bir gün əvvəl Latviyanın enerji şirkəti “Latvijas Gaze” bildirib ki, o, Rusiyadan qaz almağa davam edir, onların haqqını avro ilə ödəyir.

Latviyanın “Conexus” qaz ötürmə operatorunun məlumatları da iyulun 30-dan Rusiyadan qaz nəqlinin dayandırıldığını təsdiqləyir.

Bundan əvvəl “Qazprom” Polşa, Bolqarıstan, Finlandiya, Danimarka və Niderlanda qazın tədarükünü dayandırmışdı. Səbəb isə adıçəkilən ölkələrin ödənişi Rusiya Prezidenti Vladimir Putinin tələbi ilə rublla həyata keçirməkdən imtina etməsidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR