"Londonda olan Azərbaycan diplomatları təzyiq və təhlükə altındadır" -

"Londonda yerləşən radikalların səfirliyə hücumu qəbuledilməz və barbarcadır".

Metbuat.az xəbər verir ki, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov tviterdə yazıb:

"Bu, diplomatik binaların toxunulmazlığı prinsipini birbaşa pozulmasıdır. Hazırda Bakıdayam və həmkarlarımızın təhlükəsizliyinə olan təhdidlərə baxmayaraq, təhlükəsiz olduqlarını görməkdən məmnunam".

Həmçinin səfir bildirib ki, hazırda Londonda olan Azərbaycan diplomatları təzyiq və təhlükə altındadır:

“Vətəndaşlarımızın, o cümlədən səfirlik əməkdaşlarının təhlükəsizliyi bizim əsas prioritetimizdir. Hazırda Londonda olan Azərbaycan diplomatları təzyiq və təhlükə altında olsa da, işlərini davam etdirirlər”, - səfir qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR