"Qalatasaray"dan ilin transferi:

Türkiyə çempionatında güc balansını dəyişmək istəyən “Qalatasaray” klubu “Çelsi”nin ulduz futbolçusu Hakim Ziyexi transfer etmək üçün danışıqlara başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə “As” qəzeti məlumat yayıb. Bildirilir ki, “Çelsi” də əsas heyət oyunçusu ola bilməyən Ziyex Türkiyədə oynamağa razılıq verib. Məlumata görə, “Qalatasaray” Ziyexi icarəyə götürmək istəyir. “Çelsi” mərakeşli oyunçu üçün icarə haqqı 3 milyon avro tələb edir. Türkiyə təmsilçisi Ziyexi birdəfəlik transfer etmək istəsə daha 7 milyon avro ödəməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR