Arif Babayev xanımı ilə birlikdə Şuşada -

Xalq artisti Arif Babayev Şuşaya yollanıb.

Metbuat.az xəbər verir ki, onun şəkillərini aparıcı Hacı Nuran Hüseynov yayımlayıb. A.Babayevlə birlikdə həyat yoldaşı Gültəkin xanım da Şuşaya gedib.

"Muğam sənətimizin qocaman ustadı Arif Babayev də ömrünü bir kinolenti kimi gözləri önündən keçirtdi Şuşada. Doğma vətən torpağında gördüyü insanları, dinlədiyi ustadları xatırladı. Kövrəldi, göz yaşlarına hakim ola bilmədi sənətkar",- deyə Hacı Nuran paylaşımında qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR