“Burqerin içinə şüşə qoyub 1000 manat istədi” - Bakıda qəribə hadisə

“Tezbazar” hazırlanan qidaların içərisinə şüşə qırığı qoyaraq kassadan pul tələb edilməsiylə bağlı yeni dələduzluq hadisəsi yaşanıb.

Metbuat.az cebhe.info-ya istinadən xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat verib. O, başına gələnləri belə anladıb:

““Fast food” şəbəkələrinin birində oturub nəsə yeyirdim. Masaya iki uşaqlı bir qadın yaxınlaşdı. 3 burger təklif etdim. Dedilər ki, 1- i bəsdir. Sifarişi götürüb içinə nəsə qoyduqlarını və qışqıraraq kassaya yaxınlaşdıqlarını gördüm”.

Vəkil bildirib ki, həmin adamlar burgerin işinə şüşə qırığı qoyaraq kassadan 1000 manat kompensasiya tələb ediblər, əks halda kütləni başlarına yığacaqlarını, səs- küy salacaqlarını qeyd ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR