Bu il Azərbaycanda yol qəzalarında ölən şəxslərin sayı açıqlanıb

Bu il Azərbaycanda yol qəzalarında ölən şəxslərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a bildirilib ki, 2022-ci ilin yanvar-iyun aylarında ölkədə 817 və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz çox yol-nəqliyyat hadisəsi baş verib.

Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,2 faiz artaraq 1109 nəfər olub. Onlardan 336-sı həlak olub, 773-ü isə yaralanıb.

Hadisələrin 48,8 faizi gündüz, 37,1 faizi gecə, 14,1 faizi isə toran vaxtı baş vermiş, 29,6 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 84,1 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 10,3 faiz artaraq 235 nəfər, yaralananların sayı isə 7,9 faiz artaraq 696 nəfər olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR