Tanınmış diplomat konfransda ölümdən danışarkən qəfil VƏFAT ETDİ - VİDEO

Misirin Qahirə şəhərində Səudiyyə Ərəbistanının tanınmış diplomatı Məhəmməd əl-Kahtani konfransda çıxışı edərkən qəfil vəfat edib.

Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, o, huşunu itirərək yerə yıxılıb. Diplomata ilkin tibbi yardım göstərilsə də, bu, hər hansı nəticə verməyib.

Onun ölüm səbəbi hələlik məlum deyil.

Diplomat huşunu itirməzdən öncə bu sözləri deyib: "Harada olursunuzsa olun, ölüm sizi tapacaq".

Bildirilib ki, M.Əl-Qəhtani ölərkən həyat yoldaşı yanında olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR