Belarusda güclü partlayışlar baş verdi

Rusiya ordusunun Belarusla birgə hərbi təlimlərə başlayacağı Qomel vilayətindəki “Zyabrovka” aerodromunda partlayışlar baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Belarusun sosial media seqmentlərində məlumat yayılıb. Bildirilir ki, aerodromunda 10-a qədər partlayış səsi eşidilib. Belarusun rəsmi mənbələri məsələ barədə məlumat verməyib. Partlayışların hərbi təlimlərlə əlaqəsinin olub-olmadığı məlum deyil. Qeyd edək ki, hərbi təlimlərə görə, Rusiya qırıcıları həmin aerodroma yerləşdirilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR