Ukraynaya minlərlə döyüşçü göndərməyə hazırıq: Kadırov Zelenskini hədələdi

“Hərbi təlimləri tamamlamış 9 min çeçen hərbçi Ukraynaya getməyə hazırdır”.

Metbuat.az xəbər verir ki, Çeçenistan lideri Ramzan Kadırov belə açıqlama verib. O bildirib ki, çeçen hərbçilər Rusiya ordusu sıralarında döyüşməyə hazırdır. Onun sözlərinə görə, bundan əlavə 10 min hərbçi də ehtiyatda gözləyir. Kadırov bildirib ki, çeçenlər Ukraynada faşistləri məhv etmək üçün döyüşməyə hazırdır.

Qeyd edək ki, Çeçenistan Ukraynaya minlərlə hərbçi göndərib. Çeçenlərin Ukraynada ciddi itkilər verdiyi bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR