Bədii Gimnastika üzrə Azərbaycan yığması

Azərbaycanın bədii gimnastika komandası V İslam Həmrəyliyi Oyunlarında komanda yarışında qızıl medal qazanıb.

Metbuat.az xəbər verir ki, Azərbaycan komandasına fərdi proqramda çıxış edən gimnastlar - Zöhrə Ağamirova, İlona Zeynalova, Alina Gözəlova daxil olub. Dörd məşq üzrə nəticənin cəmi 252.300 bal təşkil edib.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.
İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir. Yarışlar Konya şəhərinin 14 yerində keçirilir. Yarışın nəticələrinə əsasən, idmançılara 355 medal təqdim olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR